• $
  • €
  • ₽
  • ₺
  • £

Selfi həvəskarlarına Göygöldən şad xəbər

Selfi həvəskarlarına Göygöldən şad xəbər
26.08.2015 10:53
Göygöl Milli Parkının ərazisinə internet çəkiləcək.

Göygölə Milli Park statusu verilməsi ilə ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. ANS PRESS-in Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, turist girişinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ərazidə telefon və internet xidmətlərinin də mövcudluğunu gündəmə gətirib.

Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyevin verdiyi məlumata görə, Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin edilib. Ümumiyyətlə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq "585” şəhər telefon abunəçilərinin sayında da artım var.

Gələcəkdə Göygöl ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur ki, bu da turistlərin və rayon sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək. V.Mirzəyev bildirib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. "Göygöl qoruğuna yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.

Bundan başqa ən böyük kəndlərdən olan Çaykənd kəndində də 480 nömrə tutumlu EATS, 96 internet portu qurulub. Göygöl şəhərinin yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində telefona və genişzolaqlı internetə olan tələbatı ödəmək məqsədilə 256 nömrə tutumlu "MSAN” şkaf tipli EATS qurulub. Rayon ərazisində bütün kənd EATS-lərində genişzolaqlı internetə çıxış imkanlığı var. Rayonda özəl internet klubların sayında da artım müşahidə olunur.

Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır.

Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılıb.

Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkündür.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol