• $
  • €
  • ₽
  • ₺
  • £

Etibarnamə ilə maşın sürənlərə şad xəbər

Etibarnamə ilə maşın sürənlərə şad xəbər
26.08.2015 14:07
Son illər yalnız sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilməsinə dair məsələ dəfələrlə müzakirə edilib. Hüquqşünas Ərşad Hüseynov qanunvericiliyə istinadən qeyd edirdi ki, avtomobili yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin avtomobildə olmaqla bu avtomobili müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən başqa şəxsin idarə etməsi tam olaraq yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz. Hüquqşunas bununla bağlı ölkəmizdə formalaşmış yanlış təcrübənin, yəni belə halda avtomobili idarə edən şəxsin İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsinin aradan qaldırılmasının da vacibliyini vurğulayırdı.

Saytın oxucularından biri olan Təbriz Yusubovun bizə təqdim etdiyi rəsmi sənədə diqqət etdikdə bu mövzuda hüquqi polemikaya son qoyulduğu qənaətinə gəlmək olar. Təbriz bəyin sorğusuna əsasən DİN Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş cavabda birmənalı olaraq göstərilir ki, yalnız sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olmaqla həmin avtomobili digər sürücünün idarə etməsi İXM-in 152.1-ci maddəsi üzrə məsuliyyətə səbəb ola bilməz. 

Bununla belə, hüquqşünas Ərşad Hüseynov avtomobilinin ümumi (KASKO) sığortası olan şəxslərin nəzərinə çatdırır ki, bu qaydada öz avtomobillərini başqa şəxsin idarə etməsinə verərkən problem yarana bilər. Çünki avtomobili müvəqqəti də olsa başqasının idarə etməsinə vermə ümumi sığorta müqaviləsinin şərtlərini pozmaqla müvafiq sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta ödənişindən imtina etməsinə gətirib çıxara bilər. Lakin avtomobili bu qaydada başqa sürücüyə vermə mülki məsuliyyətin icbari sığortası ilə bağlı hər hansı problem yarada bilməz, çünki belə qaydada avtomobilin idarə edilməsinin başqasına verilməsi qanunazidd deyil.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol