• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Əlimizə yaxşı şans düşüb"

Qurban Qurbanov: "Əlimizə yaxşı şans düşüb"
26.08.2015 18:59

"Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boyz”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
 
- Stadionun ot örtüyü hansı vəziyyətdədir?

- Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik.

- Səfərdə qazanılan qələbədən (1:0) sonra futbolçularda eyforiya yarana bilər...

- Düşünmürəm ki, kimsə eyforiyada olsun. Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Azarkeşlər və sizlər bizə böyük ümid bəsləyirsiniz. Siz daha arxayınsınız, nəinki biz. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır.

- "Qarabağ” Avropa Liqasının son oyunlarında çox az qol vurur. Bu, komandanızın həddindən artıq ehtiyatlı oynamasından irəli gəlir? 

- Bəzən bir qol bəs edir, bəzən isə qolsuz heç-heçə də kifayət edir. Qoy, nəticə bizim tərəfimizdə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözləlliyi qoldur. Biz də çalışırıq ki, komandamız hücumlarda daha kəsərli olsun. Bunun üzərində işləyirik.

- Əlhərbi Əl Jadeouinin durumu necədir?

- Əzəlisində problem var. Sabah oynamayacaq. 

- Stadionunun ot örtüyünün pis vəziyyətdə olması "Qarabağ”ın oyununa nə dərəcədə təsir göstərəcək?

- Ola bilər ki, baxımlı oyun olmasın. Mübarizə və sürət daha çox ola bilər, amma baxımlı futbol olmaya bilər.

- Penaltilərə hazırlaşmısıznızmı?

- Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq. 

- Qeyd etdiniz ki, rəqib təhlükəli komandadır. Bəs "Yanq Boyz"un zəif cəhətlərini nədir?

- Bunu deməsəm yaxşıdır. Hər bir rəqibə hörmət etməliyik, zəif yerini deməməliyik. Əksinə, öz səhvlərimizi qabartmalıyıq. Statistikaya baxsaq, rəqib bizdən üstün komandadır. Çalışacağıq ki, kollektiv şəkildə onların qarşısını alaq. 

- Cumbinyonun durumu necədir?

- Vəziyyəti normaldır. Ola bilər ki, tədricən çempionat oyunlarında meydana çıxsın.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol