• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qurumların avtomobillərinə yeni dövlət qeydiyyat nişanları veriləcək - QƏRAR

Bu qurumların avtomobillərinə yeni dövlət qeydiyyat nişanları veriləcək - QƏRAR
27.08.2015 10:13
Azərbaycan Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

"Report” xəbər verir ki, dəyişikliklə bağlı qərarı Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və "D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə "T” seriyası üzrə dövlət qeydiyyat nişanı təqdim olunur

Fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Bundan əlavə, əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün müəyyən edilən sarı rəngli dövlət qeydiyyat nişanları ləğv edilib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol