Ermənilər Ağdərədə hərbi akademiyanın tikintisi dayandırdı

Ermənilərin Azərbaycanın işğal olunmuş Ağdərə rayonun Vəng kəndində tikdiyi hərbi akademiyanın tikintisi dayandırılıb.
APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə kəndin "icra nümayəndəliyi"ndən bildirilib. Tikintinin dayandırılmasının səbəbi və bundan sonra davam edib-etməyəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, akademiyanın tikintisini erməni iş adamı, Dağlıq Qarabağdakı separatçı rejimin himayəçilərindən sayılan Levon Ayrapetyan maliyyələşdirirdi.
Moskvada "Başneft" işi üzrə saxlanılan, çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında ittiham olunan Levon Ayrapetyan sonradan ev dustaqlığına buraxılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























