• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın məzənnəsi necə müəyyənləşir? - AÇIQLAMA

Manatın məzənnəsi necə müəyyənləşir? - AÇIQLAMA
27.08.2015 14:03
Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov son günlər sosial səbəkədə ən çox müzakirə edilən məsələ toxunub.
 
O, "Facebook" hesabından paylaşdığı statusla manatın məzənnəsinin necə müəyyənləşdiyinə aydınlıq gətirib: "Manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti nəzərə alınmır. Neftin dünya bazar qiymətinin cari kursa hər hansı təsiri yoxdur. O baxımdan, neftin dünya bazar qiyməti yüksələn zaman manatın kursu düşə bilər və ya əksinə neft ucuzlaşan zaman məzənnə müqayisəli arta bilər. 
 
Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi təqdirdə bu davam edəcək. Neftin dünya bazar qiyməti isə birmənalı şəkildə cari deyil, strateji məzənnəyə təsir göstərir.

Əvvəllər, Mərkəzi Bank 1 valyutalı səbətdən istifadə edirdi. Məzənnə dollara birbaşa, digər valyutalara çarpaz müəyyənləşdirilirdi. Bu o demək idi ki, manatın dollara məzənnəsi, demək olar, dəyişmirdi və digər valyutaların ABŞ puluna kursu necə olurdusa milli valyutamız da onlara elə uyğunlaşdırılırdı. Yəni, manatın dollara məzənnəsi dəyişmir, digərləri ilə isə dünya valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimlənirdi. Bu ilin fevral ayından isə 2 valyutalı səbətdən istifadə edilir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. 

Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Məsələn, avro dollara nisbətən 3 faiz möhkəmlənir. Mərkəzi Bank həmin kurs dəyişikliyini nəzərə alan zaman avronun manata məzənnəsi milli valyutamızın dollara kursuna nisbətən daha çox dəyişir. Yəni, manat avroya nisbətən hiss edilən səviyyədə yumşalsa da dollara nisbətən cüzi möhkəmlənir. Və ya əksinə, dollara avroya nisbətən 3 faiz dəyişirsə o zaman manat Avropa puluna nisbətən kəskin möhkəmlənir, amma dollara nisbətən həmin faizlə ucuzlaşmır. Amma dollar/manat/avro nisbəti dolların avronun dünya bazarındakı məzənnəsinə tam uyğun olur. 

Bu ona gətirib çıxarır ki, avronun manata kursu daha çox, dolların məzənnəsi müqayisəli xeyli az faizlə dəyişir. Mövcud valyuta səbətini qoruduğu müddətcə Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi halda neftin dünya bazar qiymətinə deyil, avro-dollar asıllığına əsasən kursu müəyyənləşdirəcək. Deməli, Mərkəzi Bankı xüsusi kurs müəyyənləşdirməzsə və Avropa pulu ABŞ valyutasını güncə sıxışdıra bildiyi halda manat dollara qarşı möhkəmlənəcək".




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol