• $
  • €
  • ₽
  • ₺
  • £

Meksika Konqresində Azərbaycana dair qətnamə qəbul edildi

Meksika Konqresində Azərbaycana dair qətnamə qəbul edildi
27.08.2015 14:46
Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və İctimai Təhsil üzrə İkinci Komitəsində "Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklif” adlı qətnamə qəbul edilib.
 
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri, senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.
 
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə Latın Amerikası arasında bir körpü rolunu oynadığı, müstəqilliyini əldə etdikdən sonra ölkənin iqtisadi inkişafa nail olduğu qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq, Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Ölkənin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən artıq təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi və Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə biləcəyi kimi məqamlar da sənəddə öz əksini tapıb.
 
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, qeyri-neft sektorunun inkişafı sahələrindəki nailiyyətləri barədə məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi, telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq sərmayələr yatırdığı bildirilib.
 
Sənəddə eləcə də hər iki ölkənin zəngin mədəni irsə malik olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir hissəsi olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və bayramların ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi diqqətə çatdırılıb. Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı tədqiqatları, texnoloji inkişaf səhələrində əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika federal hökumətinə Azərbaycan və Meksika arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış edilib.
 
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında yerləşdirilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol