• $
  • €
  • ₽
  • ₺
  • £

"Rasim Əliyevin səhlənkar həkimlərinə cəza" tələbi ilə aksiya keçirilib - FOTOLAR

"Rasim Əliyevin səhlənkar həkimlərinə cəza" tələbi ilə aksiya keçirilib - FOTOLAR
27.08.2015 14:48
Bu gün bir qrup jurnalist döyülərək qətlə yetirilən həmkarları Rasim Əliyevə xəstəxanada məsuliyyətsiz yanaşan həkimlərin cəzalandırılması tələbi ilə Bakı şəhər Prokurorluğu qarşısında etiraz aksiyası keçirib.

ANN.Az xəbər verir ki, əllərində qətlə yetirilən həmkarları Rasim Əliyevin fotolarını tutan jurnalistlər cavabdeh həkimlərin tez bir zamanda məsuliyyətə cəlb olunması haqqında şüarlar səsləndiriblər. Aksiyaya qatılan "qaynar.info"nun əməkdaşı Elkin Xəlilovun verdiyi məlumata görə, prokurorluq qarşısında keçirilən aksiya ilkin nəticəsini verib: "Bizi Bakı şəhər prokuroru Əziz Seyidov şəxsən qəbul etdi. Bir saata yaxın söhbətimiz oldu. Həkimlərin səhlənkarlığı ilə bağlı əlimizdə olan faktları onun diqqətinə çatdırdıq. Əziz Seyidov bizə təklif etdi ki, bütün bu sadalananları müraciət formasında və yazılı şəkildə ona təqdim edək. O, sabah saat 11-də bizimlə təkrar görüşəcəyini dedi".

Qeyd edək ki, bu aksiya jurnalistlərin öz təşəbbüsü ilə keçirilib və Rasim Əliyevin ölümündə səhlənkarlıq edən həkimlərin də cəzalandırılması tələb olunub. Aksiyada qələm adamları - İlqar Vəliyev, Ramin Deko, Tatyana Kryuçkina, Seymur Kazimov, Aytən Fərhadova, Aynur Elgunəş, Aytac Əhmədova, Sevinc Vaqifqızı, İzolda Ağayeva, İslam Şıxəli, Fərqanə Novzuzova qoşulublar.
  
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

 
 
 
 

 
 
 
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol