• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi vəziyyətə görə Həccə gedənlərin sayı azalıb

İqtisadi vəziyyətə görə Həccə gedənlərin sayı azalıb
27.08.2015 17:35
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu avqustun sonunda başa çatacaq. Qafqaz Müsəlmanları İdarəsi hazırda zəvvarlar üçün nəzərdə tutulan 90 yerin boş qaldığını açıqlayıb. Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanı Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayırıb.

Xatırladaq ki, 2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar.

2015-ci ildə isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750,  adi xidmətlərlə isə 4700 dollar olub. Ödənişlər dollarla qəbul edilir. Deməli, bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməlidir. Əvvəlki illərdən fərqli olaraq bu il zəvvarlar ziyarətə avtobuslarla gedə bilməyəcək. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə mümkün olacaq.  Uçuşları AZAL həyata keçirəcək.

Nəzərinizə çatdıraq ki, hər il Azərbaycanlı zəvvarların sayında artım müşahidə edilib, ayrılan yerlər vaxtından əvvəl dolub. Bu il isə əksinə, qeydiyyat müddətinin  sonuna 4 gün qalmasına baxmayaraq hələ də 90 yer boşdur.

Məşədi Dadaş Məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az saytına deyib ki, bu sırf dünyada, eləcə də ölkəmizdə gedən iqtisadi proseslərlə bağlıdır: "Nəzərinizə çatdırım ki, hər il Həccə gedənlərin sayı artıb. Ötən il hətta yerlər tez dolduğundan bir çoxları ziyarətə gedə bilmədilər. Bir il ərzində insanların dinə olan marağının azaldığını iddia etmək çətindir. Hesab edirəm ki, bu sırf dünyada baş verən proseslərlə əlaqəlidir. Çünki Səudiyyə Ərəbistanı da qiymətləri artırıb”.

İlahiyyatçı qeyd edib ki, nəinki Azərbaycandan, eləcə də dünya ölkələrinin hamısından Həcc ziyarətinə gedənlərin sayında azalma var: "Mən birmənalı olaraq bunu iqtisadi amillərlə bağlayıram. Həm də nəzərə almaq lazımdı ki, ötən illərə nisbətən Səudiyyə Ərəbistanı tərəfindən ayrılan kvota 20 faiz azaldılıb”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol