• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda aztəminatlı ailələrə, əlillərə, müharibə veteranlarına – YENİ GÜZƏŞTLƏR

Azərbaycanda aztəminatlı ailələrə, əlillərə, müharibə veteranlarına – YENİ GÜZƏŞTLƏR
28.08.2015 11:27
Baş nazir qərarı təsdiqlədi.

Azərbaycanda aztəminatlı ailələrin üzvləri, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə veteranları mədəni sərvətlərdən ödənişsiz faydalana biləcəklər. 

Oxu.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə təsdiqləyib. 

Qeyd edək ki, bu qayda ilə adları çəkilən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur.

Bundan başqa, həmin şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər. 

Xatırladaq ki, qərara görə, mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol