• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” və “Qəbələ” nə qədər pul qazandı?

“Qarabağ” və “Qəbələ” nə qədər pul qazandı?
28.08.2015 13:12
Azərbaycanın iki klubu – "Qarabağ” və "Qəbələ” Avropa Liqasının "pley-off” mərhələsində uğurla çıxış edərək qrup mərhələsinə vəsiqə qazanıblar.

Modern.az xəbər verir ki, tarixində ikinci dəfə dalbadal Avropa Liqasında qrup mərhələsində oynamaq şansı əldə edən "Qarabağ” "pley-off” mərhələsində qarşılaşdığı İsveçrənin "Yanq Boys” klubuna səfərdə 1:0, Bakıda isə 3:0 hesabı ilə qalib gəlməklə 400 min avro qazanıb.

Qruplara qatılan hər bir komanda bundan əlavə 1,3 milyon avro əldə edəcək. Beləliklə, "Qarabağ” 1,7 milyon avro alacaq.

"Qəbələ”yə gəldikdə, "pley-off” mərhələsində Yunanıstanın "Panatinaikos” klubu ilə hər iki oyunda (0:0, 2:2) heç-heçə etdiyi üçün 200 min avro, eyni zamanda qrup mərhələsində çıxış edəcəyi üçün 1,3 milyon avro qazanacaq. Qrup mərhələsində yarışacaq klublarımız oyunlarda əldə etdikləri qalibiyyətə görə 200 min, bərabərliyə görə 100 min avro əldə edəcəklər.  
Qeyd edək ki, əgər iki təmsilçimizdən biri finala yüksələrsə, 9 milyon avronun sahibi olacaq. Qrupdan lider çıxan komandaya 400, ikinci yeri tutarsa 200 min avro veriləcək.

Finalda məğlub olacaq komanda 2,5 milyon avronun sahibi olacaq, çempion üçün bu məbləğ 5 milyon avrodur. Əgər klublarımızdan hər hansı biri finala qədər gedib çıxarsa bu zaman təxminən 5,5 milyon avronu kassasına qoyacaq.    

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol