• $
  • €
  • ₽
  • ₺
  • £

Toylarda kütləvi zəhərlənmə ilə bağlı – Xəbərdarlıq

Toylarda kütləvi zəhərlənmə ilə bağlı – Xəbərdarlıq
28.08.2015 23:59
Bakının şadlıq evləri toy mərasimlərində yeni qaydalar tətbiq etməyə başlayıb.
 
Axar.az-a verilən məlumata görə, şadlıq sarayları toy məclislərinin gecə saat 12-dən tez yekunlaşmasını ənənə halına çevirir.
 
Restoran müdirlərinə bu barədə müvafiq tapşırıqlar verilib.
 
Toy mərasimlərinin ənənəvi vaxtdan bir qədər tez başa çatdırılmasına, süfrələrdən isti yeməklərin saat 9-dan sonra yığışdırılmasına göstəriş verilib.
 
Artıq bir neçə şadlıq sarayında toy saat 23:00-dan sonra yekunlaşır, süfrədə isə istisna yeməklər, meyvə və s. saxlanılır.
 
Buna səbəb kimi son vaxtlar toylarda qonaqların qidalardan zəhərlənməsi göstərilir. Sonuncu belə hadisə "Zəngəzur” restoranında baş vermişdi və nəticədə 77 nəfər xəstəxanaya yerləşdirilmişdi.
 
Toy mərasiminin vaxtından tez bitməsi isə islahatlar paketinin tərkib hissəsi kimi izah olunur.
 
Bu, məclislərdə kütləvi davaların qarşısını almaq, toy sahiblərinin işini nizamlamaq, hesabın ödənilməsi üçün daha münasib vaxt ayırmaq, o cümlədən restoranların xidməti personalının işini tezləşdirməklə  əsaslandırılır. 
 
Məlumatda bildirilir ki, bu günlərdə "Xarı bülbül” şadlıq evindəki toy məclisində qeyd olunan məqamlara rast gəlinib.
 
Qeyd edək ki, bəzi deputatlar da toy məclislərində israfçılığın aradan qaldırılması barədə təkliflər irəli sürüb.  



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol