• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda marşrut avtobuslarının xətlərində dəyişikliklər edilir

Bakıda marşrut avtobuslarının xətlərində dəyişikliklər edilir
31.08.2015 14:45
Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən "Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli:

"Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti - "28 May" metro stansiyası istiqamətində olacaq.

Hərəkət cədvəlində dəyişiklik edilən:

11 nömrəli marşrutun əvvəlki xətti:

Sadıqcan küçəsi - "H.Aslanov” metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu” metro stansiyasına - Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)

Yeni xətlə :

"H.Aslanov” metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu” metro stansiyası – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – "Gənclik” metro stansyası – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti:

Keşlə qəs. – H.Əliyev pr. – "Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – A.Nemətulla küç. - "N.Nərimanov” metro stansiyası – F.Xoyski küç. – S.Vurğun küç.

Yeni xətlə: - Keşlə qəs. – H.Əliyev pr. – "Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – "Ulduz” metro stansiyası – Heydər Əliyev prospekti – A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – "Koroğlu” metro stansiyası – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi – Şüvəlan Şimal DRESS.

Yeni xətlə: "Qara Qarayev” metro stansiyası – "Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti:

Suraxanı qəs. – Heydər Əliyev pr. – "Koroğlu metro stansiyası – Heydər Əliyev pr. – Həsənoğlu küç. – "N.Nərimanov” metro stansiyası.

Yeni xətlə: - Suraxanı qəs. – Heydər Əliyev pr. – "Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.

100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıyıcısının xidmətinə verilib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol