• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Henrix Mxitaryanın Azərbaycana buraxılmayacağı ilə bağlı iddialara cavab

XİN-dən Henrix Mxitaryanın Azərbaycana buraxılmayacağı ilə bağlı iddialara cavab
31.08.2015 18:56
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman və siyasət eyniləşdirilməməli və idmandan siyasi məqsədlər üçün istifadə edilməməlidir"

"Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş Bbirinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib".
 
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qəbələ" komandası ilə eyni qrupa düşən Almaniyanın "Borussiya" (Dordmund) komandasının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana buraxılmayacağına dair iddialara cavab verərkən deyib. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışları keçirilib:
 
"Bunların sırasında London Olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə 3-cü dünya çempionatı, sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı, boks üzrə XVI Dünya Çempionatı, cüdo üzrə "World Masters" beynəlxalq turniri, eləcə də Grand-Prix və Grand-Slam yarışlarını, habelə bədii gimnastika üzrə Avropa çempionatlarını, atıcılıq üzrə Qəbələ beynəlxalq turnirini və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş Birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib. Qarşıdan gələn illərdə də ölkəmizdə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq "Borussiya" (Dordmund) klubunun Azərbaycana səfəri də ayrı-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər”.
 
Hikmət Hacıyev qeyd edib ki, idman və siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir. "Arzuolunmaz şəxslər" siyahısına gəldikdə isə, burada hər bir hal fərdi qaydada nəzərdən keçirilir. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol