• $
  • €
  • ₽
  • ₺
  • £

Tamaşamız xarici mətbuatda... - Fotolar

Tamaşamız xarici mətbuatda... - Fotolar
01.09.2015 17:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ötən – 87-ci teatr mövsümündə hazırlanmış "Xortdanın cəhənnəm məktubları” tamaşası böyük əks-sədaya səbəb olub.
 
 
İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırladığı tamaşa yerli mətbuatla yanaşı, xarici mətbuatda da yetərincə səs sala bilib.
 
 
Ölkəmizdə fəaliyyət göstərən bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində kifayət qədər işıqlandırılan səhnə əsəri haqqında Kalmıkiyanın "Калмыцкая правда” qəzetində "Вечные истины в постановке Бориса Манджиева” başlıqlı yazı dərc olunub.  
 
 
Yazıda  iki ölkə teatrı arasında imzalanmış qarşılıqla yaradıcılıq müqaviləsi, müqaviləyə uyğun olaraq həyata keçirilən qastrol səfərləri, qarşılıqlı rejissor mübadiləsi, eləcə də tamaşanın müvəfəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilib.
 
 
Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız məhəbbəti, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövləti daha üstün bilmələri, İblisin öz adına layiq hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr yazarın yozumunda öz maraqlı həllini tapıb.
 
 
Yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
 
 
 












www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol