Naxçıvanda qadın nazir təyinatı olub

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report” xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.
N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























