• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: Hamısını öldürəcəm

Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: Hamısını öldürəcəm
03.09.2015 09:00
"Güllə səsi eşidiləndə yaralandığımı gördüm”.

Hələ 3 yaşı olmasına baxmayaraq, Zəhra artıq dəfələrlə ölüm qorxusunun nə olduğunu yaşayıb. Hər gün güllə səsləri, hər an ölüm qorxusu balaca qızcığazın demək olar ki, gündəlik yaşam tərzidir. 

teleqraf.com-un xəbərinə görə, dünən isə nənəsi ilə toya gedən Zəhra düşmən tərəfin atdığı gülləyə tuş olub. Özü ilə ölüm gətirən güllə bu dəfə ondan yan keçib. Balaca Zəhra o anları çətin ki, unuda bilsin:  

"Mən toya getmişdim, orada yemək yedim. Atdılar, gəldi başıma dəydi, onların hamısını öldürəcəm. Nə olduğunu anlamadım. Güllə səsi eşidiləndə yaralandığımı gördüm”. 

Erməni tərəfin cəbhənin Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanan 3 nəfər dinc sakindən biri dı Mədinə Əhmədovadır. Güllə onun sağ qoluna dəyib. Hadisə şahidlərinin köməkliyi ilə o, Tərtər xəstəxanasına yerləşdirilib. Güllə yarası yüngül olsa da, əməliyyat bir neçə saat davam edib. 

Mədinə Əhmədova deyir ki, bu anlar həyatının sonuna kimi yadından çıxmayacaq: 

"Əvvəlcə nə olduğunu anlamadım. Qolum keyiməyə başladı. Uşaq başını tutub ağladı, bacım yerə yıxıldı. Bu zaman güllə səsi gəldi. Artıq qolumun nədən keyləşdiyini başa düşdüm. Güllə mənə də dəymişdi. Özüm bir yana, uşaqdan çox qorxdum. Başının qanamasını görəndə dilim-ağzım qurusun, elə bildim, Zəhraya nəsə olub. Sonra xəstəxanaya gətirdilər və dedilər ki narahat olma, balaca yaxşıdır. Bir neçə saat davam edən əməliyyatdan sonra özümü yaxşı hiss etdiyim üçün evə buraxıldım. Həkimlər sağ olsun, indi yaxşıyam”. 

Digər yaralı, Müşkinaz Tanrıverdiyevanın vəziyyəti nisbətən ağır olduğundan o, Bərdə Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. 

Müşkünaz xanımın sol böyründən dəyən güllə daxilə nüfuz edərək onun daxili orqanlarına ciddi ziyan vurub. 6 saata yaxın davam edən cərrahiyyə əməliyyatından sonra güllə onun bədənindən çıxarılıb. Çətinliklə danışan Müşkünaz xanım yaşamını bərpa etdikləri üçün "həkimlərə təşəkkür edirəm” deyə bilib. 

Həkimlərin bildirdiyinə görə, hazırda reanimasiyada olan yaralının vəziyyəti stabil-ağır olaraq qalır. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol