• $
  • €
  • ₽
  • ₺
  • £

Çökməsi gözlənilən 11 valyuta

Çökməsi gözlənilən 11 valyuta
03.09.2015 10:00
Bloomberg dünya valyutaları arasında çökmək təhlükəsi olan 11 milli pulun siyahısını dərc edib

Qazaxıstan "tenge”si dünya valyutaları arasında çökmək təhlükəsi ilə üzləşə biləcək yeganə milli valyuta deyil, - yazır Bloomberg.

Dünyada neftin ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanının milli valyutası "rial”ın da devalvasiyası tamamilə real görünür.

Lakin Bloomberg bunu da əlavə edir ki, Səudiyyə Ərəbistanının maliyyə ehtiyatı fondlarındakı 672 milyard dollar, rialın məzənnəsini batmaqdan bir müddət saxlaya bilər.

Türkmənistan "manatı”. Türkmənistanın da iqtisadiyyatı neft ixracı üzərində qurulub.

Üstəlik bu ölkə rublun son yarım ildə 20 faiz qiymətdən düşdüyü Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir.

Ekspertlərin proqnozlarına görə türkmən manatını da elə 20 faizlik devalvasiya gözləyir.

Keçmiş sovetlərdən Tacikistanın da milli pulu – somoni təhlükədədir. Buna başlıca səbəb Tacikistan iqtisadiyyatının Qazaxıstanla son dərəcə bağlı olmasıdır. Qazaxıstanla mübadilə bütün mal dövriyyəsinin 11 faizini təşkil edir. Ekspertlərin proqnozlarına görə "somoni”nin kursu 10-20 faiz tənəzzülə məruz qala bilər.

Qırğız "som”unu gözləyən təhlükə də Qazaxıstan iqtisadiyyatı ilə əlaqədardır.

​Ermənistan dramı son bir il ərzində onsuz da 15 faiz qiymətdən düşüb. Bu ölkənin maliyyə sistemi üçün də təhlükə Rusiyadan gəlir. Ermənistanın ticarət dövriyyəsinin 25 faizi Rusiya ilə bağlıdır. Orada isə rubl 46 faiz qiymətdən düşüb.

Misir "funt”unun ehtimal olunan devalvasiyası ölkənin öz daxili problemlərindən qaynaqlanır. Burada 2011-ci ildə baş vermiş "Ərəb baharı” zamanı ölkəyə xarici valyutanın daxil olması məhdudlaşmışdı, bu isə valyuta kursunun əsassız yüksəlişinə rəvac vermişdi. Treyderlərin fikrincə Misir funtu 22 faiz ucuzlaşa bilər.

​Çin valyutası devalvasiyaya uğrayandan bəri ən çox başı ağrıyan pul Türkiyə "lirə”sidir. Ölkədəki siyasi gərginlik və qarşıdan gələn erkən seçkilər milli valyutanın problemlərini dərinləşdirə bilər.

Nigeriya da böyük neft ixracatçısıdır və bunun hesabına uzun müddətdir ki, milli valyuta – "nayra”nın kursunu sabit saxlaya bilib. Proqnozlara görə hazırkı neft qiymətləri ilə bağlı nayra dollara nisbətdə 20 faiz ucuzlaşa bilər.

Afrikanın başqa bir neftlə zəngini – Qananın valyutası "sedi”ni də eyni təhlükə izləyir.

Bu ölkədə büdcə problemləri yaranıb, indflyasiya və xarici borc artır.

Zambiya Çinin başlıca mis təchizatçısıdır (70 faiz). Lakin indi misin dünya bazarlarındakı qiyməti düşüb və milli valyuta "kvaça” devalvasiyaya yuvarlana bilər.

Malayziyanın valyutası rinqgit son 17 ildə özünün ən aşağı məzənnəsinə enib, üstəlik ölkənin qızıl-pul ehtiyatları 100 milyard dollardan aşağı enib.

2015-ci ilin yanvarından bəri dəyərini itirən postsovet valyutaları arasında Azərbaycan "manat”ı Ukrayna "qrivna”sı, Belarus "rubl”u, Qazaxıstan "tenge”sindən sonra 4-cü yerdə gəlir. Azərbaycan manatı ABŞ dollarına nisbətdə 26 faiz ucuzlaşıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol