Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Sentyabrın 4-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























