• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru kimdir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru kimdir?
03.09.2015 19:31
Mustafa Babanlı bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Trend-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Babanlı Mustafa Baba oğlu 1968-ci il fevralın 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, həmin il Kiyev Texniki Universitetinin (əvvəlki KPİ) Mühəndis-fizikası fakültəsinin "Metallar fizikası" ixtisasına daxil olub. M.Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutunun) Mühəndis-fizikası fakültəsinin "Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

O, 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, 01.04.07 - "Bərk cisimlərin fizikası” ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq kafedrasında işləyib. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

04.11.2010-cu il tarixində Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 29.12.2010-cu il tarixdə müsabiqə yolu ilə Metallurgiya və metalşünaslıq kafedrasının professoru vəzifəsinə seçilib.

1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Dağ-Mədən Akademiyası – Texniki Universitet (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində "STCU-453” (1997-1999), "DNİPRO” (1999-2002), "ECONET” (2002-2005), "STCU-3520” (2006-2009), "CNRS-ANAS” (2009-2010), "CNRS-ANAS” (2010-2011) "STCU-5078” (2010-2011) və "STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.

O, 27.02.2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23.01.2009-cu ildə "Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Elmi iş stajı 22, pedaqoji iş stajı isə 17 ildir. M.Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

Ailəlidir, 2 qızı, 1 oğlu var. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol