• $
  • €
  • ₽
  • ₺
  • £

Millimizdən sensasiyalı uğur

Millimizdən sensasiyalı uğur
03.09.2015 22:53
Bu gün "Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, H qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxacaq.

Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Bakıda Xorvatiya ilə üz-üzə gələcək.

Komandamız bu rəqiblə ötən ilin oktyabrında Xorvatiyada qarşılaşıb. Berti Foqtsun rəhbərliyi dövrünə təsadüf edən görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb – 0:6.

Bu gün Azərbaycan yığması adlı-sanlı futbolçulardan ibarət rəqibindən revanş almağa çalışacaq. Bu görüş həm də xorvatiyalı mütəxəssis Prosineçkinin bir vaxtlar çalışdığı milli komandaya qarşı ilk oyunu kimi əlamətdar olacaq. Qrupumuzun digər oyunlarında İtaliya evdə Maltanı, Bolqarıstan isə Norveçi qəbul edəcək.

Qeyd edək ki, Xorvatiya yığması 13 xalla qrup lideridir, millimiz isə 4 xalla 5-ci pillədə qərarlaşıb.

3 sentyabr

"AÇ-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan - Xorvatiya - 0:0 
Baş hakim: Ruddi Buke (Fransa)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Qurbanov (Rəşad Sadiqov, 63), Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ruslan Qurbanov  (Vüqar Nadirov, 79), Dmitri Nazarov (Eddi İsrafilov, 90)

Ehtiyat oyunçular: Aqil Məmmədov,  Səlahət Ağayev, Pavel Paşayev,  Ruslan Abışov, Tərlan Quliyev, Araz Abdullayev,  Cavid Tağıyev, Rauf Əliyev, Elnur Cəfərov

Xorvatiya: Daniel Subaşiç, Şime Vrsaylko, Vedran Çorluka, Domaqoy Vida,  Daniyel Pranyiç,  İvan Perisiç (Kaliniç, 83), İvan Rakitiç, Luka Modriç (k) (Brozoviç, 71), Milan Badel ( Kovaçiç,59), Marko Pyaça, Mario Manzukiç

Ehtiyat oyunçular: Vargiç,  Lovren, Leskoviç, Leovaç, Kaktas, Kramariç, Rebiç, Kaliniç, Oliç

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol