• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq"

Nazir: "ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq"
04.09.2015 20:14

Təhsil naziri Mikayıl Cabbarov, Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
 
ANN.Az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb. ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını söyləyən təhsil naziri bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib. Şəffaf elmi mühitin yaranması üçün vacib həlqə olan bu yanaşma, həm də sənayenin digər sahələri üçün potensial kadr hazırlığı istiqamətində universitetə yeni imkanlar verir.
 
Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin  üzərinə ciddi öhdəliklər düşür.
 
 
ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.
 
 
Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
 
 
Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.
 
 
Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutunun aspiranturasında təhsil alıb. 1993-cü ildə "Bərk cisimlərin fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) doktorluq dissertasiyası müdafiə edərək, "materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb. AzTU-nun nəzdində Dissertasiya Şurasının və Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasında assistent (1996-2001-ci illər), dosent (2001-2010-cu illər), professor və beynəlxalq əlaqələr üzrə prorektor (2010-2015-ci illər) vəzifələrində çalışıb.
 
 
140-dan artıq elmi məqalənin, 6 ixtiranın, 5 dərs vəsaitinin, 1 dərsliyin və 4 monoqrafiyanın müəllifidir. Məqalələri Fransa, Almaniya, Rusiya, İsveçrə, Ukrayna, Hollandiya və başqa ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Bir sıra beynəlxalq elmi layihələrə rəhbərlik edib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol