• $
  • €
  • ₽
  • ₺
  • £

Dolları nə zaman almaq lazımdır? - Ekspert

Dolları nə zaman almaq lazımdır? - Ekspert
07.09.2015 11:10
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin avqust ayında Bakıda və Azərbaycanın 5 bölgəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri arasında sorğu keçirib.

ANN.Az xəbər verir ki, sorğu nəticəsini iqtisadçı ekspert Vüqar Bayramov öz facebook səhifəsində paylaşıb. Sorğu nəticəsində yalnız xarici valyutalara tələbin empirik dəyişməsi deyil, eyni zamanda vətəndaşlarımız üçün faydalı olacaq sonluqlar əldə edilib. Xarici valyuta alıb-satmaq istəyənlər üçün dolları nə zaman almalı sualına da cavab tapılıb:

İqtisadçı Vüqar Bayramov xarici valyuta almaq istəyənlər bunu həftənin iş günlərini məsələhət görüb: "Belə ki, avro dollar kursununun fiks olması halında həftə içi manatın dollara məzənnəsi daha əlverişli olur. Həftəsonları xarici valyutaların, xüsusən də dolların manata məzənnəsi iş günlərinə nisbətən daha yüksək olar. Dollar və ya avro alacaqsınızsa bunu həftəsonuna saxlamayın. Mərkəzi Bankın hər həftənin sonuncu məzənnəsini cümə günü müəyyənləşdirdiyini nəzərə alaraq aparılan sorğu göstərir ki, rəsmi kursu eyni olmasna rəğmən əksər hallarda bazar günləri dollar cümə gününə nisbətən daha baha satılıb."

Ekspert daha sonra qeyd edib ki, dollarını dəyişmək istəyənlər isə onu həftəsonu etsələr daha məqsədəuyğun olar: "Həftəsonları dollara müqayisəli olaraq daha çox manat ödənilir"

Ekspert hesab edir ki, qarşıdan bayram günləri gəlirsə və siz xarici valyuta almağı planlaşdırırsınızsa bunu bayramadək edin, əks halda daha yüksək kursla dollar almalı olacaqsınız. Dollara satırsınızsa bunu bayramın sonuncu günü etmək məqsədəuyğundur. Avro-dollar məzənnəsinin fiks qəbul ediləcəyi halda dollar almaq üçün ən məqbul iş həftəsinin ortasıdır. Mərkəzi Bankın intervesiyası nəticəsində həmin günlər dolların manata məzənnəsi daha əlverişli olur. Beləliklə, sorğu nəticəsində əldə olunan sözügedən emipirik nəticələrdən faydalanmaqla dollar alıb-satmaq istəyənlər daha çox pul qazana bilərlər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol