• $
  • €
  • ₽
  • ₺
  • £

Mərhum Rasim Əliyevin vəkilindən AÇIQLAMA

Mərhum Rasim Əliyevin vəkilindən AÇIQLAMA
07.09.2015 13:25
"Bugünlərdə müstəntiqlə görüşəcəm və daha sonra mərhum Rasim Əliyevin valideynlərinin istintaq rəhbəri ilə görüşünü təmin etməyə yardımçı olacaqam" - bunu ANN.Az-a açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib.
 
 

Onun sözlərinə görə, mərhum jurnalist Rasim Əliyevin ölüm faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda qaldırılmış istintaqla bağlı hər hansı yenilik yoxdur: "İstintaq işləri davam edir. Valideynləri ancaq Cavid Hüseynova qarşı irəli sürülən maddənin səhv olduğunu deyirlər. Onlar futbolçuya qarşı qaldırılmış Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə)  və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə razılaşmadıqlarını və cinayətin təşkilatçısı kimi istintaqa cəlb olunmasını və ədalətli məhkəmənin keçirilməsini tələb edirlər. Tutulan cinayətkarlara qarşı cəzaların ədalətli şəkildə verilməsini, yəni heç kimə cəzasından yüngül iş kəsilməsini istəmirlər”. 
 
Mərhumu Rasim Əliyevin anası Teyfurə Əliyeva ANN.Az-a açıqlamasında bir neçə gün bundan öncə hüquqlarının müdafiə olunması üçün vəkillə müqavilə bağladıqlarını deyib: "Vəkil Əsabəli Mustafayevlə müqavilə bağlayanda görüşdük. Bu gün axşam və ya sabah yenidən görüşəcəyik. Hələ ki heç bir yeni məlumat yoxdur. Biz də artıq vəkildən xəbər gözləyirik. İstintaqın bu qədər vaxt aparması bizi də çox narahat edir. Tək istəyimiz bütün günhakarların və günahkar həkimlərin cəzalandırılmasıdır. İstintaq gizli aparıldığından məlumat verilmir”.

Bu gün mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsindən 28 gün ötür.

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.


Orxan Aslanlı




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol