• $
  • €
  • ₽
  • ₺
  • £

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi mövsüm sonu endirimlərinə başlayıb

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi mövsüm sonu endirimlərinə başlayıb
07.09.2015 14:32
Bu ilin yay mövsümündə Xəzər Rayonunun Mərdəkan qəsəbəsində açılışı olan "Dalğa Beach-Aqua Park” istirahət mərkəzi mövsüm sonu üçün endirim kampaniyasını elan edib.

"Report”un məlumatına görə, "Dalğa Beach-Aqua Park”ın mövsum sonu endirimlərinə görə həftə içi bir qonaq üçün giriş qiyməti 10 manat nəzərdə tutulub, həftə sonları isə bu məbləğ 15 manatdır. Ailəvi istirahət etmək istəyənlər üçün 0-8 yaşlı maksimum iki uşaq pulsuz, 8-12 yaş arası uşaqlar isə 5 manat giriş haqqı ilə mərkəzə daxil ola bilərlər.

"Çoxsaylı istəyi nəzərə alaraq, həmçinin yay fəslində "Dalğa Beach-Aqua Park”ı ziyarət edə bilməyən hər kəs bu fürsəti dəyərləndirə bilər", - "Dalğa Beach-Aqua Park”dan bildirilib.

Qeyd edək ki, Azərbaycanda ən böyük su parkı olan "Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. "Dalğa Arena"nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. Burada çalışan 310 nəfərlik heyət eyni anda 1200 nəfər qonağa xidmət göstərə bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol