• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev 283 nömrəli orta məktəbdə

İlham Əliyev 283 nömrəli orta məktəbdə
07.09.2015 17:46
Sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Binəqədi rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

Qeyd olundu ki, məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si respublikanın ali məktəblərinə qəbul olunub ki, bunlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi təhsil sahəsinin ən müasir tələblər səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradır
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol