Fransız səfir cəbhədəki vəziyyətdən narahatdır

Şarpantye çağırışla çıxış edib.
ATƏT-in Minsk qrupu heç zaman olmadığı kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına cəlb edilib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jan-Fransua Şarpantye bəyan edib.
Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə dialoqun bərpa edilməsi istiqamətində işləyir.
"Erməni-Azərbaycan sərhəddində və Dağlıq Qarabağda təmas xəttində atəşkəs rejiminin pozulması hallarını narahatlıqla izləyirəm. Atəşkəsin pozulması yeni qurbanlar deməkdir, burada yerli dinc əhalinin həyatı təhlükə altına qoyularaq irikalibrli silahdan istifadə edilir”, - Jan-Fransua Şrpantye qeyd edib.
Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanı münaqişə tərəflərini hərbi gərginliyin kəskinləşməsindən yan keçməyə, atəşkəs rejiminə riayət etmək üçün bütün lazım olan tədbirləri həyata keçirməyə çağırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























