• $
  • €
  • ₽
  • ₺
  • £

Yollarda sıxlığın aradan qaldırılması istiqamətində daha bir yenilik – FOTOLAR

Yollarda sıxlığın aradan qaldırılması istiqamətində daha bir yenilik – FOTOLAR
08.09.2015 11:29
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında paytaxt Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) birgə işlərini davam etdirir.

ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu çərçivədə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində müəyyən addımlar atılıb.

Babək prospektinin yan yolu ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün yol ötürücüsünün alt hissəsində yerləşən dairədən istifadə etməli olurlar.

Nəcəfqulu Rəfiyev küçəsindən və Babək prospektinin digər yan yolu ilə əks istiqamətdən gələn nəqliyyat vasitələrinin də dairədən istifadə etməsini nəzərə alsaq, günün əsasən pik saatlarında dairədə yüklənmə nəticəsində tıxac baş verir.

Həmin ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən yeni yol hissəsi salınır. Yaxın günlərdə nəqliyyat vasitələrinin dairəyə daxil olmadan geri dönmələri üçün salınan yol hissəsi sürücülərin ixtiyarına veriləcək.

Yeni yol hissəsinin salınması ilə paralel yol ötürücüsünün alt hissəsində abadlaşdırma işləri həyata keçirilir, səkilər və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.

Analoji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub. Hazırda Xətai prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən yol hissəsindən istifadə etməli olurlar.

Bununla həm uzaq məsafə qət edilir, həm də ərazidə sıxlıq yaranır. Məhz bütün bunlar nəzərə alınmaqla Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən geri dönmə üçün qeyd olunan ərazidə yeni yol hissəsinin salınması nəzərdə tutulub.

Bundan əlavə, Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən və nəqliyyat vasitələrinin geri dönməsi üçün nəzərdə tutulan yol hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndirilmə işi çərçivəsində yol ayrıcının kənarı 1,5 metr enində, 15 metr uzunluğunda söküləcək.

Bununla da geri dönmə əməliyyatı yerinə yetirən nəqliyyat vasitələri küçə ilə hərəkətdə olan nəqliyyat vasitələrinə mane olmadan hərəkətlərinə davam edə biləcəklər. Nəticədə bu cür məqsədyönlü addımlar sadalanan ərazilərdə tıxacın azalmasına müsbət təsir etmiş olacaq.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol