• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük keçid məntəqələrində yeni aparatlar quraşdırılır

Gömrük keçid məntəqələrində yeni aparatlar quraşdırılır
08.09.2015 13:59
Azərbaycan elektron ticarətin rüsumsuz hissəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparır


Azərbaycanın Yalama və Böyük Kəsik gömrük keçid məntəqələrində yeni skaner aparatlarının quraşdırılması işləri yekunlaşmaq üzrədir. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, əksər gömrük keçid məntəqələrində belə aparatlar quraşdırılıb: "Böyük skaner aparatlarının qurulması işi qurtarmaq üzrədir. Hazırda dəmir yolunda Böyük Kəsik və Yalama stansiyalarında da bu avadanlıqlar qurulur. Yüklərin keçdiyi əsas gömrük keçid məntəqələrində bu avadanlıqlar artıq qurulub".

A.Əliyev gələn ilin dövlət büdcəsində enerji daşıyıcılarının qiymətinin aşağı göstərilməsi ilə bağlı DGK-nin üzərinə düşən vəzifələri necə yerinə yetirməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Borcumuz büdcəyə vəsaitlərin toplanmasında proqnozları yerinə yetirməkdir. Amma müəyyən çətinliklər var. Məsələn, azad iqtisadi zonadan və MDB ölkələrindən gələn mallardan rüsum tutulmur. Həmçinin, bəzi məhsullar ƏDV-yə cəlb edilmir. Məhz bunlar müəyyən çətinliklər yaradır".

Komitə sədri, həmçinin elektron ticarət zamanı vergiyə cəlb edilməyən 1 000 dollarlıq maksimal həddin azaldılması ilə bağlı müzakirələrin davam etdiyini deyib: "Hazırda mobil telefonlarla bağlı təkliflə çıxış etmişik. MDB ölkələrinin gömrük orqanları rəhbərlərinin Şurasının toplantısında da bu məsələ qaldırılıb. Bunu Rusiya tərəfi qaldırıb. Bu o deməkdir ki, belə problemlər təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də var və bunun ticarət dövriyyəsinə böyük təsiri var. Biz də mobil telefon ticarəti ilə bağlı qaydaların yaradılması ilə bağlı təklif etmişik".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol