• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici İşlər Nazirliyi daha bir neçə diplomatı cəzalandıracaq

Xarici İşlər Nazirliyi daha bir neçə diplomatı cəzalandıracaq
08.09.2015 13:41
"Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq, Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür”. 

Bu açıqlama Modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilib.

Bildirilib ki, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. 

"Azərbaycan Respublikasının  Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır.  Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək. Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaq.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar. 
Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə, bu ilin iyul ayında işdən azad edilib. Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam veriımiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol