• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayev Petkim yarımadasında olub - Fotolar

Rövnəq Abdullayev Petkim yarımadasında olub - Fotolar
08.09.2015 16:08
SOCAR prezidenti Rövnəq Abdullayev Petkim yarımadasında olub.
                               
SOCAR-dan ANN.Az-a verilən məlumata görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıblar. SOCAR rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşmış STAR Neft Emalı Zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq Petlim Limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim”lə əlaqədar təqdimatlar nümayiş etdirilib. Rövnəq Abdullayev aldığı məlumatlardan sonra görülən işlərlə bağlı fikirlərini bildirib, qeyd edib ki, ''Petkim” neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşmış və məhsuldarlıq yüksək səviyyəyə çatdırıb. STAR Neft Emalı Zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq halqdır. SOCAR prezidenti Petlim Limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirmiş və qeyd etmişdir ki, bu layihədə zaman faktorundan səmərli yararlanmaq bizim üçün mühüm nailiyyətdir.

Təqdimatlardan sonra Rövnəq Abdullayev və onu müşayiət edən şirkət rəhbərliyinin nümayəndələri STAR Neft Emalı Zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçiriblər.

Səfər zamanı SOCAR rəhbərliyini "SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz, baş icraçı direktorun birinci müavini Samir Kərimli və "Petkim”in baş direktoru Sadəddin Qorqud müşayiət ediblər.
 









www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol