• $
  • €
  • ₽
  • ₺
  • £

Dəyərlilər unudulmur, Rasim Əliyev – KÖŞƏ

Dəyərlilər unudulmur, Rasim Əliyev – KÖŞƏ
08.09.2015 15:17
Orxan Aslanlı 
 
Hər gün eyni mənzərəni görmək çox sıxıcı görünür. Rasimin boş qalmış iş stolu  bir tərəfdən daha çox canımı sıxmağa başladı. Onun ölümündən uzun müddət keçməyib  - cəmi 29 gün. Amma indidən bu itkinin cəmiyyət tərəfindən unudulub getdiyini müşahidə edirəm. Rasimin, cavan birisinin ölümü çoxdan qəbul edilib, çoxdan hamı buna boyun əyib. Yəni belə: "Çətini ölənə kimidir”. 

Təəssüfedici hal odur ki, cəmiyyət bir insana sağlığında nə qədər dəyər verirsə-versin, həmin şəxs vəfat edəndən sonra hər şey əksinə olacaq. Yas mərasimi, uzaq başı bir il onun xatirəsi anılır, ancaq sonra.... Sonrası yoxdur, çünki bəziləri düşünür ki, bir insan dünyasını dəyişibsə, niyə onun bu qədər yasını saxlayım? Öz həyatım yoxdurmu? Bəs məni kim fikirləşir? Gələcəyim necə olacaq? ... Bu tipli yüzlərlə sual insan beynində formalaşır və nəticədə dünyasını dəyişən şəxs bir müddət sonra unudulur. 

Psixoloqlar belə vəziyyətlərin insanlarda çox tez-tez olduğunu bildirirlər. Onların sözlərinə görə, insanlar bir-birlərinə öyrəşdiyi zaman ayrılmaq istəmirlər. Yəni bu iki insan bir-birlərini qarşılıqlı olaraq daha yaxşı anlayır, hər hansı problemlərini tez bir zamanda həll edir və cəmiyyətdə özlərini daha rahat hiss edirlər. Ancaq həmin insanlardan birinin dünyasını dəyişməsi onların bütün gələcək arzu və planlarını alt-üst edir. Ölən şəxsə daha yaxın olan adamlar ilk vaxtlar bunu qəbul edə bilmir, hətta aralarında intihara cəhd etmək istəyənlər də olur. 

Əzizini, yaxınını itirən birisi özünü cəmiyyətdən kənar edir, gələcək həyat barəsində düşünmür, depresiyaya girirlər. Düşünürlər ki, başqa biri həmin insanı əvəz edə biləcəkmi? Hər şey əvvəlki kimi olacaqmı? Çox vaxt bunları qəbul etməyənlər özlərini hər şeydən uzaqlaşdırıb, həyatlarının sonuna kimi tək qalmağı planlayırlar. Bu səbəbdən də hər şeyi unudurlar. Onlar üçün, necə deyərlər, ayrı bir dünya yaranır.     
  
Bu mövzudan söz açmağımın əsas məqsədi odur ki, hələ bir ay bundan əvvəl bəlkə də Rasimi sevərlər üçün ona qarşı olan münasibət başqa idi, amma indi başqadır. Cəmiyyət sanki avqustun 8-də baş verənləri unudub. Elə bil bu faciəvi hadisə baş verməyib və jurnalist Rasim Əliyev öldürülməyib. Rasimin ölümü sanki bir neçə adam üçün faciə olub – ata-anası, bacısı, sevgilisi. 

Bu qədər laqeyidliyi, unutqanlığın cəmiyyətdə  yaranmasının əsas səbəbi nədir? Doğurdanmı, ölüm bu qədər ucuzlaşıb? Bəzən unutqanlıq o səviyyəyə çatır ki, istər-istəməz "bu ölən adam doğrudanmı bu münasibətə layiq imiş” – deyə düşünürsən...

Amma cəmiyyətdə heç bir xeyri olmayan, ancaq pislik, murdarlıq, cinayətkarlıqla məşğul olan şəxsin ölümü bəzən elə qabardılır ki, insanlığa nifrət etməyə bilmirsən. 

Kiminsə tərəfini tutub subyektivliyə yol vermək istəmirəm, amma döyülərək, həkimlərin səhlənkar münasibətindən sonra xəstəxanada ölən həmkarım Rasim Əliyev cəmiyyət üçün yararsız biri deyildi axı, bunu yenə diqqətlərə çatdırmaq istədim. Onun hazırladığı videolar, çəkdiyi fotolar bu cəmiyyətin inkişafı, ölkənin gələcəyinin yaxşı təmin olunması üçün deyildimi? İndi heyif deyirəm ki, Rasim,  sənin ictimai fəaliyyətinin faydası unudulur, qədir-qiymətin yaddan çıxır. 

Sanki avqustun 8-də baş verənlər cəmiyyətin gözü qarşısında, küçənin ortasında, insanların gözü önündə baş verməmişdi? Sanki ona kömək etməyən sizlər olmamışdınız? Sanki düzgün proqnoz qoymayan, təkcə Rasimin deyil, başqa xəstələrin də ölümünə, ya da ömürlük şikəst qalmasına səbəb olanlar  bu cəmiyyətin nümayəndəsi deyilmiş? Avqustun 8-dən indiyə kimi baş verən bütün hadisələr kino lenti kimi gözümün qarşısında canlandıqca, kadrlar bir-birini əvəz etdikcə, cəmiyyətin laqeydliyə doğru necə tələsdiyini görürəm və sözün bitdiyi məqamın bu olduğunu anlayıram.

Həmkarım olaraq yox, bir vətəndaş olaraq demək istərdim ki, cəmiyyətdə bucür faktorların olması, insanı gələcək barədə düşüncələrini tamamilə alt-üst edir. Düşünürəm ki, cəmiyyətə bu qədər məlumat versək də, maariflənməsində onlara dəstək olsaq da, onlara qarşı olunan kobudluqları ictimailəşdirsək də onlar bizlərə önəm vermir. Hələ üstəlik jurnalistləri çox danışan, "sizin tayfa başqa olur”, "siz aranı daha da qızışdırırsız” və başqa münasibət göstərirlər.

Yəqin ki, Rasim də bunu bilirdi. O da anlayırdı ki,  cəmiyyətə nə qədər kömək etsən də, yardımçı olsan da, gizli məqamları açıb göstərsən də xeyri yoxdur. Amma bütün bunlara baxmayaraq, insan öləndən sonra unudulmamasını istəyir.Üstəlik. həmin şəxs cəmiyyət üçün yararlı olubsa... 

Rasim, ola bilər, bu gün etinasız topluma çevrilən Azərbaycan cəmiyyəti, onun nümayəndələri səni unutsun, sənin xatirəni anmasın. Amma bizlər - həmkarların, dostların, yaxın çevrən, səni yaxından tanıyanların həmişə yaddaşlarında qalacaqsan. Çünki biz dəyər verdiklərimizi, qiymətini bildiklərimizi, yəni dəyərlilərimizi unutmuruq, unutmayacayıq!!!



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol