• $
  • €
  • ₽
  • ₺
  • £

Lord Snoudonun sərgisi – “A life in View” – REPORTAJ

Lord Snoudonun sərgisi – “A life in View” – REPORTAJ
09.09.2015 20:05
Rüstəm Qasımov

Londonun məşhur Milli portret qalereyasında məşhur fotoqraf lord Snoudonun təzəlikcə "A life in View” adlı sərgisi başa çatdı. Ekspozisiya Snoudonun muzeyə hələ 2013-cü ildə hədiyyə etdiyi işlərdən təşkil edilmişdi. Muzeyə bağışlanan işlərin ümumi sayı 130-dan çoxdur. Bu, qalereyanın tarixi ərzində aldığı ən dəyərli hədiyyələrdən biri sayılır. 

Kompozisiyaya şahzadə Marqaretin keçmiş ərinin çəkdiyi şəkillər: aktyor Trens Stempin, rəssamlar Hilbert və Corcun, o cümlədən jurnalist ser Harold Evansın şəkilləri də daxil edilib. 
 


Sərginin press-nümayişində Lord Snoudon Frensis fon Hofmanstalın qızı da iştirak edirdi.

Qalereyaya gələn ziyarətçilər Culiya Kristin və ser Lourens Olivyeninin, məşhur ingilis detektiv yazçısı Aqata Kristinin və məşhur britaniyalı rəssam və heykəltaraş Henri Spenser Mur və digər tanınmış şəxslərin nadir fotolarına baxmaq imkanı qazanmışdılar. 

Şahzadə Marqaretlə bir zamanlar evli olan lord Snoudon əsasən dünya teatrlarının, moda və yüksək cəmiyyətin şəkillərini çəkirdi, o, peşəkar fəaliyyətinə 1950-ci illərdə başlamışdı. 
 


Fotoqraf 60 il "Vogue” jurnalıyla əməkdaşlıq etmişdi, 1960-cı illərdə isə Snoudon "The Sunday Times Magazine”ylə əməkdaşlıq edir, əsasən incəsənət və sosial problemlər barədə şəkillər çəkirdi. 

Tədbirlə əlaqədar Milli portret qalereyasının direktoru Sendi Nern aşağıdakı açıqlamanı edib: 

"Qalereyamız çox şaddır ki, cənab Snoudon səxavətli davranaraq, muzeyimizə belə dəyərli hədiyyə etməklə kolleksiyanı tamamlayıb. Mən Böyük Britaniyanın 20-ci əsrdəki görkəmli nümayəndələrinin möhtəşəm portretlərini nəzərdə tuturam”.

Antoni Armstronq Cons (sonradan lord Snoudon oldu) öz peşəkar karyerasına "Tatler magazine” jurnalında başlayıb. 1952-ci ildə o ilk dəfə öz şəxsi studiyasını açıb. O zaman o teatr fotolarıyla özünə reputasiya qazanıb, bu işdə ona dayısı stenoqraf və rəssam Oliver Messelem yardımçı olub. 

Sonradan Snoudon rəsmən Kral fotoqrafı olub. Bu, onun 1960-cı ildə şahzadə Marqaretlə evlənməsindən sonra baş tutub. O zamandan etibarən fotoqrafı qraf Snoudon "Earl of Snowdon” adlandırmağa başlayıblar. O həmçinin Kraliyyət fotolarına qeyri-standart və fərqli yanaşması ilə də şöhrət qazanıb. 
 


Fotoqrafın II Yelizevatanı əks etdirən fotoları da çox məşhurdur. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə ölkə daxilində baş verən hadisələrlə deyil, xarici ölkədələrdə baş verən mədəni hadisələr və məkanlarla tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 












www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol