• $
  • €
  • ₽
  • ₺
  • £

Ələsgər Məmmədli: “Əslində Adəm Məmmədovun belə çıxış etməsi müvəkkilinin vəziyyətini ağırlaşdırır”

Ələsgər Məmmədli: “Əslində Adəm Məmmədovun belə çıxış etməsi müvəkkilinin vəziyyətini ağırlaşdırır”
29.05.2020 03:13
Jurnalist Rasim Əliyevin ölüm faktı üzrə saxlanılan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov mediaya açıqlamasında bəzi adamların müdafiə etdiyi şəxsi "qatil” adlandırması ilə razılaşmadığını deyib.

Vəkil məhkəmə hökmü olmadan C.Hüseynovun cinayətkar kimi qələmə verilməsindən narazılığını ifadə edib və hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib.

Əgər məhkəmə hökmü olmadan birisini qatil adlandırmaq düzgün deyilsə, eyni məntiqlə məhkəmə qərarı yoxdursa, vəkil hansı əsaslara görə şübhəli şəxs qismində saxlanılan adamı günahsız elan edir? Vəkil belə açıqlama verə bilərmi? Bu şübhəli şəxs qismində saxlanılan adamın, haqqında həbs-qətimkan tədbiri seçilən birisinin təmizə çıxarılması üçün ictimaiyyətə təzyiq kimi başa düşülə bilərmi?

Hüquqşünas Ələsgər Məmmədli ANN.Az açıqlamasında qeyd edib ki, vəkil Adəm Məmmədovun belə çıxışlar etməsi müvəkkilini huquqlarını qorumaqdan daha çox onun cəmiyyətdəki mövqeyini qorumağa xidmət edir: "Adəm Məmmədov bundan öncə mərhum jurnalist Rasim Əliyev haqqında vəkilə yaraşmayan, ümumiyyətlə hüquq sisteminə yaraşmayan ifadələr işlətmişdi. Əslində Adəm Məmmədovun belə çıxış etməsi müvəkkilinin vəziyyətini daha da ağırlaşdırır. Hansısa mətbuat orqanında Cavid Hüseynovun qatil adlandırılması ilə bağlı yazı yoxdur. Ola bilsin bu cəmiyyətdə insanlar arasında deyilən söz olsun, yaxud Rasim Əliyevin valideynlərinin ehtimalı”. 

Hüquqşünas hesab edir ki, Konstitusiyanın 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var: "Düzdür, məhkəmə qərarı olmadan heç kimi qatil, cinayətkar adlandırmaq düzgün deyil. Yadda saxlamaq lazımdır ki, mərhum jurnalist Rasim Əliyev ifadə azadlığının qurbanı oldu. Yəni jurnalist sərbəst şəkildə fikir bildirdiyinə görə döyülərək öldürüldü. Bununla əlaqədar da artıq cinayət işləri davam etdirilir. Vəkil Adəm Məmmədovun müvəkkili birdəfəlik günahsız adlandırmasına cavab olaraq deyə bilərik ki, ən azından futbolçu Cavid Hüseynovun mərhum jurnalist Rasim Əliyevlə telefon danışıqları var. Bütün bunlar da istinaq tərəfindən araşdırılır. Yəni Cavid Hüseynovu tam günahsız adladırmaq düzgün deyil, çünki o, şübhəli şəxs qismində saxlanılıb. Gühansız olduğu deyilə bilər, ancaq tam şəkildə günahsızdır demək olmaz. Məhkəmə qərarından sonra tam əmimliklə deyə biləcəyik ki, kim günahkardır, kim günahsız”.

Ələsgər Məmmədli əlavə edib ki, vəkilin bu çıxışını cəmiyyətə qarşı təzyiq kimi qiymətləndirmək düzgün olmaz: "Çünki cəmiyyətdə mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsini qəbul edənlər kimi Cavid Hüseynovun da günahsız olduğunu düşünənlər var. Necə deyərlər, cəmiyyətdə hər iki tərəfin tərəfdarları var və bu da təbiidir”.

Mərhum Rasim Əliyevin anası Teyfurə Əliyeva ANN.Az-a açıqlamasında "hər bir  vəkilin vəzifəsi müvəkkilini müdafiə etməkdir” fikri ilə razılaşdığını deyib: "Amma mənim gözlərim qarşısında baş verənlərin -  yəni Cavidin Rasimə dəfələrlə zəng etməsinin şahidi olmuşam. Hətta Caviddən sonra onun bibisi oğlu da Rasimə zəng etmişdi. Bu danışığında şahidi mənəm. Mənim israr etməyimə baxmayaraq, Rasim həmin şəxslərin şirin dilinə, yalan sözlərinə aldanıb, onlarla görüşə tək getdi”.

Mərhumun anası qeyd edib ki, məhkəmə şahidlərin sözlərinə inanır, onlara istinad edib müttəhim haqqında qərar çıxarır: "Mən bu hadisənin ən böyük şahidiyəm. Bütün hadisələr mənim  gözümün qabağında baş verib. Ümid edirik istintaq zamanı bütün bunların hamısı nəzərə alınacaq. Tək ümidimiz bu işin ölkə başçısı İlham Əliyev tərəfindən nəzarətdə olunmasındadır. Çünki bu işin ətraflı araşdırlması ilə bağlı o lazımi orqanlara tapşırıqlarını verib. Biz də ona inanırıq”.
 
Orxan Aslanlı


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol