• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik Xidməti: Çağırışa gəlməyənləri cəza gözləyir

Səfərbərlik Xidməti: Çağırışa gəlməyənləri cəza gözləyir
29.05.2020 07:08
Hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər həm də hərbi yoxlama toplanışlarına çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ehtiyatda olan hərbi vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar. Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır.

Bunu APA-nın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd edilib ki, xidmət tərəfindən indiyə qədərki məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib.

Bu iş xidmət tərəfindən mütəmadi olaraq aparılıb.

Xidmətdən hərbi vəzifəli şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu məsələsinə də aydınlıq gətirilib:

"Hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər həm də hərbi yoxlama toplanışlarına çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Xidmətdən bildiriblər ki, təlimə çağırılan şəxs iş yerinə bu haqda məlumat verməli və təlimdən qayıtdıqdan sonra müvafiq sənədləri iş yerinə təqdim etməlidir:

"Qanuna müvafiq olaraq səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yəni vətəndaşdan başqa, təşkilatların üzərinə də vəzifələr qoyulur. Buna baxmayaraq, təşkilatlar hərbi vəzifəlinin təlimdə olduğu dövrün maaşını ödəməlidirlər”.

Xatırladaq ki, Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial şəbəkələrdə, sıravi insanlar arasında müəyyən müzakirələrə səbəb olub və suallar yaradıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol