İlham Əliyev Batumidəki baş konsulu dəyişdirdi

Dövlət başçısı sərəncam imzaladı.
Azərbaycan prezidenti İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının saytına istinadla xəbər verir ki, digər sərəncamla Rəşad İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Dövlət başçısı digər sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfovu Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























