• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
10.09.2015 19:27
Yəhudi icması Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir”

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş-Ha-Şana bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
 
Ölkəmizdə yaşayan bütün xalqlar və etnik azlıqlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətlərinin, etnik-mədəni müxtəlifliyin, zəngin multikultural ənənələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Belə düşünülmüş siyasətin nəticəsidir ki, müasir Azərbaycan cəmiyyəti dünyada tolerantlığın, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin uğurlu örnəyi kimi qəbul edilir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, yəhudi icması ölkəmizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus koloriti ilə seçilir və hazırda Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir.
 
Əziz dostlar! Hər il Azərbaycanda böyük təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Qoy bu əziz bayram həyatınıza sevinc və səadət, süfrənizə xeyir və bərəkət gətirsin. Bayramınız mübarək olsun!”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol