• $
  • €
  • ₽
  • ₺
  • £

"Avropa İttifaqı Parlamentinin qərəzli addımı cavabsız qalmayacaq"

"Avropa İttifaqı Parlamentinin qərəzli addımı cavabsız qalmayacaq"
28.05.2020 23:11
İqtisadiyyat və sənaye naziri, Azərbaycanın Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev dünyada baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkəmizin dayanıqlı olaraq inkişaf etdiyini, yaradılmış möhkəm iqtisadi zəmin və siyasi iradə nəticəsində növbəti illərdə də iqtisadi artımın davam edəcəyini, bu artıma qeyri-neft sektorunun inkişafı hesabına nail olunacağını diqqətə çatdırıb. Nazir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin çoxşaxəli, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.
 
M. Mard isə Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, birgə layihələrin Azərbaycanın inkişaf istiqamətlərinə uyğun olduğunu qeyd edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.
 
Görüşdə Ş. Mustafayev təəssüflə qeyd edib ki, əməkdaşlığımıza çox ciddi maneələr törədə biləcək məqamlar var: "Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb və Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq".
 
Öz növbəsində M. Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol