• $
  • €
  • ₽
  • ₺
  • £

​"Türk axını" layihəsi üzrə danışıqlar donduruldu

​"Türk axını" layihəsi üzrə danışıqlar donduruldu
11.09.2015 16:03
Rusiyanın Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya qaz nəql etməyi planlaşdırdığı "Türk axını" layihəsi üzrə danışıqlar dondurulub. 

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin katibinin müavini Səfa Sadıq Aytəkin bildirib.

O qeyd edib ki, layihə üzrə danışılqlarda irəliləyiş olmadığından müzakirələr dondurulub: "Rusiya ilə müzakirələr irəliləmir. Bu nöqtədə qarşılıqlı güvənsizlik görürəm. Rusiya tərəfi "BOTAŞ" və "Qazprom" arasındakı qiymət endirimi müzakirələrini "Türk axını" layihəsinin ön şərti olaraq irəli sürüb. Biz də bunu başlanğıc nöqtəsi olaraq düşünürdük. Rusiya tərəfi şərt qoymadan qiymət endirimi tətbiq etsəydi, hazırkı mövqeyimiz daha ümidverici olardı".

"İyun ayındakı keçirilən parlament seçkilərindən sonra Türkiyədə hökumətin qurulması istiqamətində irəliləyiş olmadıqda görüşlər dayandırılıb. Lakin bu, o demək deyil ki, tərəflər bir daha masa arxasına oturmayacaq. Bir düyün var və bu düyünün açılması üçün tərəflərin təkrar bir araya gəlməsinə ehtiyac yaranır", - deyə Nazirlik rəsmisi qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol