• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqının Azərbaycandakı rəhbəri XİN-ə çağırıldı

Avropa İttifaqının Azərbaycandakı rəhbəri XİN-ə çağırıldı
11.09.2015 15:04
Avropa ittifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, xanım Malena Mardı sentyabrın 11-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın mövqeyini M. Mardın diqqətinə çatdırıb.
 
Nazir müavini bilidirib ki, rəsmi Bakı 10 sentyabr 2015-ci il tarixində Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməni kəskin şəkildə qınayır:
 
"Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.
 
Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmazlıqları ilə müşayiət olundu. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür.
 
Həmçinin, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir. Lakin Avropa parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz.
 
Bu aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir.
 
Eyni zamanda qətnamədə istifadə olunan "Dağlıq Qarabağ” ifadəsi beynəlxalq hüquqa zidd xarakter daşıyır və buna görə də qəbuledilməzdir.
 
Avropa qitəsi təxirəsalınmaz həll tələb edən çoxsaylı ciddi təhdidlərlə üzləşdiyi halda, Avropa Parlamentinin davamlı əsasda Azərbaycanda insan hüquqları məsələsinə diqqət yetirməsi təəccüb doğurmaya bilməz.
 
Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Aİ üzv dövlətində müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, İslamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı.
 
Avropa Komissiyası Avropa Parlamentini bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq, Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamaları bu prosesə öz mənfi təsirini göstərdi", - deyə M. Məmmədquliyev qeyd edib.
 
Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol