• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın AŞPA-dan imtina etmək ehtimalı var" - AÇIQLAMA

"Azərbaycanın AŞPA-dan imtina etmək ehtimalı var" - AÇIQLAMA
14.09.2015 12:00
"Azərbaycanla qərb arasındakı münasibətlər artıq pik nöqtədədir” – bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib.

ANN.Az xəbər verir ki, politoloq MM-in bugünkü növbədənkənar iclasında baxılacaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsinə münasibət bildirib. Ə.Oruclunun sözlərinə görə, bu gün parlamentdə qızqın müzakirələr aparılacaq, qətnaməyə qarşı sərt etirazlar olacaq: "Deputatların bəyanətlarında və çıxışlarında biz bunları artıq eşitmişik. Bu gün etiraz daha kəskin olacaq, çünki qarşıdan gələn seçkidə  deputatlıq mandatını uzatmaq onlar üçün daha çox lazımlıdır.   Sırf bu baxımdan çıxışlarını daha qabarıq şəkildə göstərənlərə də rast gəlinəcək. Çox böyük ehtimal var ki, Avropa-Azərbaycan münasibətlərinə yenidən baxıla bilər”. 

Qərblə Azərbaycan arasındakı münasibətlərdə xeyli dəyişlik olduğunu söylənən politoloq artıq  Xarici İşlər Nazirliyinin Avropa Kommissiyasının nümayəndə heyətinin səfərinin təxirə salındığını xatırladıb: "Yəni bu münasibətlərə təsir edəcək amillərdən biridir. Bu da artıq baş verdi. Prezident Administrasiyası nümayəndələri  Avropa Parlamentinin bu qərarı haqqında  öz sərt bəyanatını açıqlayıb. Bu da artıq münasibətlərin dəyişməsinə səbəb olacaq. Ümumi reaksiya kifayət qədər kəskindir. Bir sözlə, qətnaməyə kəskin münasibətlərin olması bugünkü münasibətilərin fonundadır. Azərbaycan-Qərb münasibətləri bir neçə ildir pisə doğru inkişaf edirdi. İndi isə bu münasibətlər demək olar ki, artıq pik nöqtədədir”.

Politoloq bu fikirdədir ki, seçkilərə müşahidə heyətinin göndərilməməsi  qəbul edilən qətnamə ilə əlaqədar deyil: "Çünki bununla bağlı mübahisə əvvəldən də var idi. Mübahisə ondan ibarət idi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 400 müşahidəçi ilə Azərbaycana gəlmək istəyirdi (qısa müddətli müşahidəyə), amma Azərbaycan tərəfi bu rəqəmin 150 olmasını təklif edirdi. Görünür, anlaşılmazlıq var idi və  aradan qaldırılmadı. Ona görə də sonda imtina olunmaq qərarı verildi”. 

"ATƏT seçkiləri müşahidə etmədiyi təqdirdə nə ola bilər” -  bu sualı cavablandıran Ərəstun Oruclu qeyd edib ki, ən yaxşı halda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərii AŞPA-da tanınmaya bilər: "Ehtimallar çoxdur, onlardan biri odur ki, Azərbaycan AŞPA-dan imtina edə bilər. Daha düzgünü hadisələrin sonunu gözləməkdir”.

Xatırladaq ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyavrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi yollamaqdan imtina etdiyini bəyan edib. Büronun direktoru Michael Georg Link bildirib Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar:

"Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatın ziddir.”

Açıqlamada qeyd edilir ki, ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, həmçinin bu Büronun müşahidəçilərinin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməlidir.

Açıqlamada deyilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.

Michael Georg Link əlavə edir ki, bu qərara baxmayaraq, onun başçılıq etdiyi qurum Azərbaycana seçkilər və insan haqları ilə bağlı başqa öhdəliklərinin icrasında yardımlarını göstərməyə hazırdır.  

Orxan Aslanlı 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol