• $
  • €
  • ₽
  • ₺
  • £

"Avroparlamentin qətnaməsi ermənipərəst lobbi qruplarından ilhamlanır"

"Avroparlamentin qətnaməsi ermənipərəst lobbi qruplarından ilhamlanır"
14.09.2015 12:10
Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi təəssüf doğurur və Avropanın əməkdaşlıq və müttəfiqlik prinsipləriylə ziddiyyətlidir. Bu sözləri "1news.az" xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

"Bu qətnamənin arxasında duran qüvvələr Azərbaycana qarşı ideoloji müharibə və kampaniya aparırlar, - o deyib. - Belə təşəbbüslər ölkəmizdə Avropa parlamenti haqqında mənfi imic formalaşdırır və münasibətlərin inkişafına xidmət etmir". 

Bu qətnamə kəskin şəkildə antiazərbaycan xarakteri daşıyır. Sənəddə xüsusilə Azərbaycanın vətəndaş cəmiyyəti institutlarına göstərdiyi təzyiqdən, QHT-lərin xaricdən maliyyələşməsinin qarşısını almaq üçün qəbul edilən qərarlardan, həmçinin Leyla, Arif Yunusların və Xədicə İsmayılovanın timsalında həbs edilən şəxslərin "dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasından" bəhs edilir. Sənəddə həmçinin "cinsi azlıqların hüquqlarının məhdudlaşdırılması" xatırladılır, Avropa Birliyinə bəzi azərbaycanlı məmurlara, hakim və siyasətçilərə sanksiyaların tətbiq olunmasına çağırış edilir və Azərbaycanın AB ilə strateji əməkdaşlığı barədə qərarların dayandırılmasının gərəkdiyi barədə fikirlər səsləndirilir. Asim Mollazədinin fikrincə, Avroparlamentin qətnaməsi ermənipərəst lobbi qruplarından ilhamlanır. "Avropadakı və dünyadakı zəngin erməni diasporası beynəlxalq təşkilatlarda işləyən lobbi qruplarından fəal şəkildə istifadə edir. Onlar Azərbaycana zərbə vurmaq üçün bütün imkanlardan yararlanırlar", - politoloq deyib. 

"Bu gün erməni disporası Dağlıq Qarabağ məsələsində hansısa üstünlüyə yiyələnmək, o cümlədən özünün hərbi cinayətlərini və etnik təmizlənməsini gizlətmək üçün var gücüylə Azərbaycan haqqında mənfi imic yaratmağa çalışır", - deputat əlavə edib. 

Cümə günü Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Malena Mard Xarici İşlər nazirliyinə çağırılıb. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev görüş zamanı qətnaməni tənqid edib və onun qərəzli və destruktiv xarakter daşıdığını bəyan edib. Asim Mollazadənin sözlərinə görə, iki tərəfin görüşü Azərbaycanın mövqeyinin Avropa Birliyində öz əksini tapacağına ümid verir. Milli Məclisin deputatı həmçinin bildirib ki, reaksiya təkcə icraedici hakimiyyət səviyyəsində deyil, parlament və digər strukturların səviyyəsində çatdırılacaq. "Ümid edirəm ki, bu sənəd bundan sonra daha böyük addımların qarşısını alacaq. Biz Avropayla əməkdaşlıq və müttəfiqlik dilində danışmaq və bizimlə böyük qardaş dilində danışmağın mənfi reaksiya doğurduğunu çatdırmaq istərdik", - Asim Mollazadə bildirib. 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol