• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusunun irimiqyaslı təlimləri başa çatdı

Azərbaycan ordusunun irimiqyaslı təlimləri başa çatdı
14.09.2015 13:13
Müdafiə naziri: "Komanda Qərargah Hərbi Oyunlarında qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib

Azərbaycan ordusunun irimiqyaslı təlimləri başa çatıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirilib.

Müdafiə naziri praktiki atışlarla icra olunan irimiqyaslı təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarında qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib. Nazir bütün qoşun növ və qismləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki olaraq tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icra olunduğunu qeyd edib. Z.Həsənov həmçinin döyüş atışlarının icrası, manevrlərin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin təşəbbüskarlığını yüksək qiymətləndirib.

Müdafiə naziri düşmənlə çətin radioelektron mübarizə şəraitində, qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib.

Eyni zamanda nazir hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.

Şəxsi heyətin döyüşə hazırolma və döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirən müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdıraraq komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol