• $
  • €
  • ₽
  • ₺
  • £

“Avropa Azərbaycanın dünyadakı mövqeyinə təsir göstərməyə çalışır” – AÇIQLAMA

“Avropa Azərbaycanın dünyadakı mövqeyinə təsir göstərməyə çalışır” –  AÇIQLAMA
14.09.2015 13:10
 
Politoloq Tofiq Abbasov ANN.Az-a açıqlamasında son illər qərblə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin səbəblərinə toxunub: "İlk baxışda görünən səbəblər ondan ibarətdir ki, AŞPA-nın, Avropa Parlamentinin, qeyri-hökümət təşkilatlarının, xüsusilə siyasi qurumlar tərəfindən idarə olunan QHT-lərin fəaliyyətlərinin əsasını Azərbaycanın daxili işlərinə qarışmaq təşkil edir. Çalışırlar ki, bir çox aidiyyatı olmayan məsələlər də belə özlərinin korrektə işlərini aparsınlar və Azərbaycan tərəfinin siyasətinin bu və ya digər şəkildə başqa tərəflərə yönəltsinlər”.  
 
 
Politoloq hesab edir ki, Avropa Parlamentinin, ATƏT-in Azərbaycan qarşı bu cür addım atması ümumiyyətlə yol verilməzdi: "Prinsip etibarı ilə ölkələr özlərinin suveren hüquqlarını həyata keçirmək niyyətindədirlərsə, burada kənar müdaxilələrə heç bir ehtiyac, lüzum yoxdur. Bu baxımdan Azərbaycan son illər daha çox belə problemlərlə üz-üzə gəlir. Səbəblər də qondarma səbəblərdir. Azərbaycanın ərazi bütövlüyü neçə illərdir ki, qeyri-qanuni şəkildə pozulub. Təcavüzə məruz qalmış ölkədir. Amma buna baxmayaraq, Azərbaycana qarşı törədilən bu haqsızlıqlara həmin qətnaməni qəbul edən Avropa Parlamenti və ümumiyyətlə digər qurumlar bu məsələyə göz yumurlar. Bir məsələyə diqqət yetirsəkdə görərik ki, Avropanın aparıcı təşkilatları, ayrı-ayrı mərkəzlərdən idarə olunan orqanlar Ukraynada baş verən hadisələri gündəliyin ilk səhifəsində saxlayırlar, amma Azərbaycana gəldikdə isə bu münasibətlərin daha fərqli şəkildə olduğunu deyirlər. Yəni biz burda saxta standartların tətbiq olunmasının şahidi oluruq. Buna görə ən azından Azərbaycanda 100 minlərlə haqqı pozulmuş, tapdanmış insanlar var. Bunlar həm Ermənistandan köçürülmüş, həm işğal nəticəsində  doğma yurdlarından didərgin salınmış insanlardır ki, onların kütləvi şəkildə pozulmuş haqqları bu qurumlar tərəfindən heç kəsi maraqlandırmır”. 

Azərbaycan tərəfinin  Avropaya yetəri qədər deməyə iradları, tənqidləri olduğunu söyləyən Tofiq Abbasov, bunları deməyə haqqımızın çatdığını vurğulayıb: "Çünki bu qədər haqsızlıq və göz qarşısında olan sübutlara, dəlillərə Avropa göz yumur, sanki heç bir hadisə baş verməyib”. 

Politoloqun fikirincə, Azərbaycanın müstəqil şəkildə həyata keçirdiyi layihələr, planlar və beynəlxalq aləmdə özünə yetəri qədər nüfuz qazanması, ola bilsin, bəzi Avropa qurumlarının xoşuna gəlmir: "Bu səbəbdən də onlar Azərbaycanla bağlı qərəzli mövqe tuturlar. Avropa bütün bunlara bəhanə olaraq söz azadlığı,   demokratik proseslər, fərdi azadlıqları dilə gətirərək Azərbaycanın dünyadakı mövqeyinə təsir göstərməyə çalışırlar. Onlar bu cür addımlar atmaqla Azərbaycanın tənqid etdiyini düşünür. Avropa çalışır ki, bütün ölkələr  onların istəklərinə, dediklərinə uyğun hərəkət etsinlər”.

Politoloq hesab edir ki, prinsip etibarilə belə vəziyyətdə geriyə addım atmaq olmaz: "Geriyə addım atılarsa, kənar qüvvələr daim Azərbaycana təsir göstərəcəklər. Azərbaycana beynəlxalq müşahidəçilər gələcəklər. MDB dövlətlərinin müşahidəçiləri, Avropa ölkələrindən də fərdi nümayəndə heyəti, QHT-nın nümayəndələri gələcəklər. Hansı rəsmi bir qurum belə bir sabotaja imza atırsa, bu ölkədə keçiriləcək seçkilərə də heç bir təsir göstərməyəcək”.

Qeyd edək ki, sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənəddə "Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına", eləcə də prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.

Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
 
Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol