• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxıla bilər

Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxıla bilər
14.09.2015 14:06
Milli Məclis bununla bağlı Nazirlər Kabinetinə tövsiyə edəcək

"Avropa Parlamentində Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunub. Sentyabrın 10-da keçirilən iclasda etiket qaydaları pozulub, Azərbaycana şər və böhtan atılıb”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar xüsusi iclasında bildirib. O qeyd edib ki, həmin iclası vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla birgə izləyib: "Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm. Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu”.
 
Spiker deyib ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir: "Separatçı rejimin başçısı terrorçu Saakyanı Avropaya dəvət etməkdə də məqsədləri bu idi”.
 
Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan O. Əsədov bildirib ki, Milli Məclis bugünkü iclasda Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol