• $
  • €
  • ₽
  • ₺
  • £

BDU dünyanın nüfuzlu universitetləri arasında

BDU dünyanın nüfuzlu universitetləri arasında
14.09.2015 15:09

Bakı  Dövlət  Universiteti  növbəti dəfə  dünyanın nüfuzlu universitetləri arasında yer alıb.

BDU-dan Modern.az-a verilən məlumata görə, ali məktəblərdə tədrisin keyfiyyətinə görə  beynəlxaq RUR reytinqində BDU 750 universitet arasında 656-cı olub.  
Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən Round University Ranking (RUR) beynəlxalq  təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi 4 qrupda  birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.

Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford  Universiteti, Çikaqo Universiteti,  Kaliforniya Texnologiya İnstitutu  (ABŞ),  London İmperial Kolleci  (Böyük  Britaniya),   Massaçusets Texnologiya İnstitutu (ABŞ),  Kolumbiya Universiteti  (ABŞ) , Oksford Universiteti (Böyük  Britaniya),    Kembric Universiteti (Böyük  Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir. Reytinq  "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

Onu da bildirək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən  Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutnun (URAP) bu ilin iyun ayında açıladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü. BDU dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı.  URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi  və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol