• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət neftin ucuzlaşması fonunda 3 inkişaf ssenarisi hazırlayıb

Hökumət neftin ucuzlaşması fonunda 3 inkişaf ssenarisi hazırlayıb
14.09.2015 18:24
Ssenarilər xam neftin satış qiymətinin 40-60 dollar səviyyəsinə düşəcəyini nəzərə alınaraq hazırlanıb

Dünyada cərəyan edən iqtisadi risklərin ehtimal olunan nəticələri, xammal məhsullarının, əsasən də xam neftin (Brent markalı) satış qiymətinin 40-60 ABŞ dolları səviyyəsinə düşəcəyini nəzərə alaraq, 2016-2019-cu illər üçün dövlət və icmal büdcələrin əsas parametrləri və prioritet istiqamətləri üzrə 3 ssenari hazırlanıb.
 
Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
 
Birinci ssenari optimist (neftin bir bareli 60 ABŞ dolları olduqda), ikinci baza (neftin bir bareli 50 ABŞ dolları olduqda), üçüncü isə pessimistdir (neftin bir bareli 40 ABŞ dolları olduqda).
 
Növbəti ildə dövlət və icmal büdcələrin gəlirlərinin və xərclərinin azalması fonunda, dövlət sektorunda xərclərin səmərəliliyinin daha da artırılması, sosial yönümlü xərclərin və ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyi üzrə xərclərin prioritetliyinin təmin edilməsi gözlənilməklə, eyni zamanda, kənd təsərrüfatının aparıcı sahələrinin, sənayenin, regionların sosial-iqtisadi inkişafı, dövlətin borc və öhdəliklərinin yerinə yetirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə özünü təmin etməsi və digər dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılması nəzərdə tutulur.
 
Daxili əmtəə bazarlarının stimullaşdırılması, sosial müdafiə və sosial təminat tədbirlərinin,      müvafiq dövlət proqramlarının, ortamüddətli büdcə xərcləri ilə əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılan obyektlərin fəaliyyətə başlamaları ilə bağlı tələb olunan xərclərin ortamüddətli büdcə xərclərində nəzərə alınması təmin ediləcək.
 
Ortamüddətli dövrdə mərhələlərlə potensial xərclərin ortamüddətli və uzunmüddətli dövrləri əhatə edən proqramlar və son nəticəyə söykənən prinsiplər əsasında proqnozlaşdırılmasının daha da genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol