• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Şərq tərəfdaşlığı proqramında iştirak məsələsinə yenidən baxacaq

Azərbaycan Şərq tərəfdaşlığı proqramında iştirak məsələsinə yenidən baxacaq
14.09.2015 23:57
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştiraka da son qoyulub

Azərbaycan Milli Məclisi bu gün Avropa Parlamentinin (AP) bu il  sentyabrın 10-da qəbul etdiyi qətnamə ilə bağlı qərar qəbul edib.
 
APA-nın xəbərinə görə, qərarın mətnində bu qətnamənin qəbulunun "ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını” göstərdiyi bildirilib.
 
"Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir” –deyə mətndə bildirilir.
 
Azərbaycan parlamentinin qərarında qeyd edilib ki, AP-dən Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoymaq, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəkmək tələb edilib.
 
Eyni zamanda AP Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılıb.
 
AP-dəki konstruktiv və sağlam qüvvələrə bu parlamentin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səyləri artırmaq çağırışı edilib.
 
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların AP-dəki fəaliyyəti qətiyyətlə pislənilib, bu fəaliyyətə son qoyulması tələb edilib.
 
Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırış edilib.
 
MM qərara alıb ki, AP-nin sədri M.Şults ilə postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərlərin araşdırılması və onun qeyri-qanuni fəaliyyətinə qiymət verilməsi üçün qurumun müvafiq strukturlarına müraciət ediləcək.
 
Qərarda Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılıb.
 
Həmçinin Avropa Parlamentindən tələb edilib ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.
 
Eyni zamanda "hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə şübhə altına alınması cəhdləri qətiyyətlə pislənilsin və bunlara son qoyulması tələb edilsin” deyə bildirilib.
 
Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması da qeyd edilib.
 
Həmçinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulması barədə də qərar qəbul edilib.
 
Azərbaycan Nazirlər Kabinetinə isə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxmaq tövsiyyə olunub.
 
Həmçinin Nazirlər Kabinetinə tövsiyə edilib ki, "Azərbaycanın rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin”.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol