• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikada Azərbaycanla bağlı qətnamə qəbul edildi

Amerikada Azərbaycanla bağlı qətnamə qəbul edildi
15.09.2015 12:05
ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) tərəfindən Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanıb, ABŞ hökumətinin rəsmi Bakı ilə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd olunub. Sənəddə qeyd olunub ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamənin həmçinin vurğulanıb ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Həmçinin bildirilib ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşüb. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilib.

Bununla yanaşı, sənəddə 11 sentyabr terror hadisələrundən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol