YAP-ın deputatlığa namizədlərinin siyahısı təsdiqləndi

Bahar Muradova: "İclas yaxşı keçdi, bir qədər sonra YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlanacaq
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
"Report" xəbər verir ki, toplantıda hakim partiyanı bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində təmsil edəcək deputatlığa namizədlərin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.
"Report"un YAP-ın qərargahı qarşısında olan əməkdaşı xəbər verir ki, artıq İdarə Heyətinin bir neçə üzvü YAP-ın binasını tərk edib. Onlar deyiblər ki, iclas yekunlaşıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























